“PASHA Holding”ə daxil olan “PAŞA Sığorta” ASC 2025-ci ili 39.33 mln. manat xalis mənfəətlə başa vurub. Banker.az xəbər verir ki, şirkətin xalis mənfəəti 2024-cü ildə 42.03 mln. manat idi.
Bununla da balansndakı bölüşdürülməmiş mənfəəti səhmdara 36.2 mln. manatlıq dividend ödənişinə rəğmən 42.03 mln. manata qalxıb.
2025-ci ildə cəmi gəlirlər 0.44% artaraq 348.45 mln. manat, cəmi xərclər isə 0.14% azalaraq 299.41 mln. manat təşkil edib və nəticədə maliyyə mənfəəti 4.11% artaraq 49.04 mln. manata yüksəlib.
Şirkətin əsas əməliyyat gəliri illik müqayisədə 10.76% artaraq 356.86 mln. manat olub. Birbaşa sığorta haqları 10.62% artaraq 339.55 mln. manata çatıb. İnvestisiya gəlirləri 11.92% artaraq 22.05 mln. manat, subroqasiya gəlirləri isə 28.24% artaraq 2.43 mln. manat təşkil edib.
Eyni zamanda xalis sığorta ehtiyatlarının dəyişməsi 33.34 mln. manat mənfi saldo ilə qeydə alınıb ki, bu da yekun maliyyə nəticəsinə təsir göstərib. Sığorta ödənişləri 1.78% azalaraq 140.67 mln. manat olub.







