22 C
Baku
Thursday, October 3, 2024

PAŞA Sığorta övladlarının sağlamlığını düşünənlər üçün “Bir təbəssüm” kampaniyasını elan edir!

Sağlam uşaqlar sağlam gələcək deməkdir. Onların sağlamlığına töhfə qatmaq üçün PAŞA Sığorta şirkəti 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca müştərilərini sevindirəcək kampaniya elan edir. Həm endirimli, həm də hədiyyə dolu bu kampaniya ilə uşaqlar sevinəcək və sağlamlıq sığortası ilə güvəndə olacaqlar.

31 may -7 iyun tarixlərini əhatə edən kampaniya çərçivəsində “Ailə Dostu” məhsulunu əldə edəcək yeni müştərilər sığorta olunan hər bir uşağın sığorta haqqı üçün “Vitamin B” paketi üzrə 10 %, “Vitamin C” paketi üzrə 20 %, “Multi-Vitamin” paketi üzrə isə 30 % endirimdən faydalana biləcək. Həmçinin uşaqlar yaş qrupuna uyğun olaraq 30 AZN dəyərində hədiyyə kartı qazanacaqlar.

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün https://cutt.ly/1-iyun-kampaniya linkinə keçid edə bilərsiniz.

 

Qeyd edək ki, könüllü sağlamlıq sığorta məhsulu əldə edən müştərilər qabaqcıl özəl klinikalarda və tibbi müəssisələrdə təcili vaksinasiya, fizioterapiya, müalicəvi masaj, stomoloji yardım kimi xüsusi təminatlar və digər tibbi xidmətlərdən yararlana bilərlər

“Ailə Dostu” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün https://cutt.ly/oeriIqiZ linkinə keçid edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram https://www.instagram.com/pasha_insurance/)) səhifələri üzərindən müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstəririr. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Son xəbərlər
Digər xəbərlər