20 C
Baku
Sunday, March 30, 2025

PAŞA Sığorta səhmdarlara son 8 ildə 216 milyon manatdan çox dividend ödəyib

“PAŞA Sığorta” ASC 2016-2024-cü illər ərzində səhmdarlarına cəmi 216,9 milyon manat dividend ödəyib.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Sığorta şirkəti təkcə səhmdarlarına ayırdığı dividendlər 2024-cü ildə 35,5 milyon manata çatıb. Şirkətin kapitalında əlavə 42,03 milyon manat bölüşdürülməmiş mənfəət var.

Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100 % “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Şirkətin son illərdəki xalis mənfəət göstəriciləri və dividendləri aşağıdakı kimi olub:

2016-cı il

  • Xalis mənfəət: 19,4 milyon manat
  • Ödənilmiş dividend: 17,4 milyon manat

2017-ci il

  • Xalis mənfəət: 13,1 milyon manat
  • Ödənilmiş dividend: 19,0 milyon manat

2018-ci il

  • Xalis mənfəət: 22,4 milyon manat
  • Ödənilmiş dividend: 13,6 milyon manat

2019-cu il

  • Xalis mənfəət: 31,1 milyon manat
  • Ödənilmiş dividend: 21,5 milyon manat

2020-ci il

  • Xalis mənfəət: 20,6 milyon manat
  • Ödənilmiş dividend: 28,6 milyon manat

2021-ci il

  • Xalis mənfəət: 24,6 milyon manat
  • Ödənilmiş dividend: 26,7 milyon manat

2022-ci il

  • Xalis mənfəət: 29,2 milyon manat
  • Ödənilmiş dividend: 24,6 milyon manat

2023-cü il

  • Xalis mənfəət: 35,5 milyon manat
  • Ödənilmiş dividend: 29,2 milyon manat

2024-cü il

  • Xalis mənfəət: 42,0 milyon manat
  • Ödənilmiş dividend: 35,5 milyon manat

 

Son xəbərlər
Digər xəbərlər