14 C
Baku
Sunday, November 24, 2024

“PAŞA Sığorta” sərbəst vəsaitləri ilə az riskli aktivlərə yatırım edir – Bundan 13 mln. əlavə gəlir əldə edib

Ötən il “PAŞA Sığorta” ASC investisiya portfelində uzunmüddətli qiymətli kağızlara yatırımı kəskin yüksəlib.

Banker.az sığorta şirkətinin audit hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə ümumi qiymətli kağızlar üzrə portfeli 81% artaraq 39.51 milyon manatdan 71.57 milyon manata yüksəlib.

Qiymətli kağızlar üzrə portfelinin dövlət qiymətli kağızlarının həcmini 31.63 milyon manatdan 52.83 milyon manata çatdırılıb. Digər 7.89 milyon manat 18.75 milyon manat isə qeyri-dövlət qiymətli kağızlarıdır.

“PAŞA Sığorta” ASC-nin 23.87 milyon manat iştrak payı metodu ilə uçota alınmış investisiyaları var.

Sığorta şirkəti ötən il də əlindəki vəsaitlərini yüksəltmiş oldu. 2022-ci ildə onun pul vəsaitlərinin həcmi 52.25 milyon manatdan 65.58 milyon manata yüksəlib. Bunun 53.4 milyon manatı banklardakı fepozitləridir.

2022-ci ildə 12.75 milyon manat bu portfeldən gəlir əldə edib. Öncəki ildə sığorta şirkəti investisiya aktivlərindən 11.86  milyon manat gəlir əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər