23 C
Baku
Saturday, April 20, 2024

PAŞA Sığorta şirkətinin saytı beynəlxalq “Red Dot Award” mükafatına layiq görülüb

PAŞA Sığorta şirkətinin korporativ saytı Azərbaycanda ilk dəfə olaraq nüfuzlu beynəlxalq “Red Dot Award” mükafatını qazanıb.

“Red Dot Award” dizayn və kommunikasiya sahəsində nailiyyətlərə görə təqdim edilən dünyanın ən tanınmış mükafatlarından biridir. Bu il mükafatın münsiflər heyətinin dəyərləndirilməsinə 8600-dan çox layihə təqdim edilib. Ceyhun İmanov Studio” (JIS) qlobal innovasiya agentliyi tərəfindən hazırlanan, müasir dizayn, rahat istifadəçi interfeysi və funksionallığı ilə seçilən PAŞA Sığorta şirkətinin korporativ saytı müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək “Brend və Kommunikasiya Dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb. Təntənəli təltifetmə mərasimi müxtəlif ölkələrdən olan 1400-dək qonağın iştirakı ilə 1 noyabr tarixində Almaniyanın paytaxtı Berlində baş tutub və tədbir zamanı qaliblər sırasında PAŞA Sığorta şirkətinin saytı təqdim edilib.

Daim yenilənən, müasir tələblərə cavab verən və innovativlik baxımından fərqlənən sayt həm fərdi, həm də korporativ müştərilər üçün geniş funksionallıq təklif edir. Müştərilərin rahatlığına önəm verən PAŞA Sığorta şirkəti sayt vasitəsilə həkimə qeydiyyat, sığorta məhsullarının onlayn satışı, avtomobilin təmir prosesinin izlənməsi kimi bir sıra imkanlar təqdim edir. www.pasha-insurance.az ünvanına daxil olaraq saytla daha yaxından tanış ola və sığorta xidmətlərindən faydalana bilərsiniz.

Qeyd edək ki, “Red Dot Award” 1955-ci ildə “Design Zentrum NRW” (Avropa Dizayn Mərkəzi) tərəfindən zamanın ən yaxşı dizayn obrazlarının seçilməsi üçün təsis edilib. Dizayn sahəsindəki müxtəlifliyi peşəkar şəkildə qiymətləndirmək üçün 1990-cı illərdən etibarən “Red Dot” 3 istiqamətdə – “Məhsul Dizaynı”, “Brend və Kommunikasiya Dizaynı” və “Dizayn Konsepsiyası” üzrə ən yaxşı layihələrin seçimini həyata keçirir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər