15 C
Baku
Sunday, November 24, 2024

PAŞA Sığorta tərəfindən Tərtərdəki icbari əmlak sığortalı yaşayış evlərinə yanğın və külək nəticəsində dəymiş zərər məbləğləri ödənilib

®Tərtər Rayon İcra Hakimiyyətinin və “PAŞA Sığorta” ASC-nin birgə səyi nəticəsində əhalinin sığorta haqqında maarifləndirilmə tədbirləri bu gün öz vacibliyini bir daha sübut etdi. Belə ki, maarifləndirmə nəticəsində əmlakını icbari sığorta ilə sığortalayanlar son zamanlarda baş vermiş güclü külək və yanğın nəticəsində evlərinə dəyən zərər məbləğini əldə ediblər. Zərərçəkənlərə verilən bu ödəniş məbləği dəyən zərərin həcmindən asılı olaraq dəyişiklik göstərib və ən yüksək ödəniş 14850 manat təşkil edib. 

İcbari əmlak sığortasının Tərtər ərazisindəki ev və mənzillər üçün 1 illik sığorta haqqı 30 AZN, təminatı isə 15000 AZN-dir. Müraciət etmək üçün linkə keçid edə bilərsiniz: cutt.ly/QetwrlT5

Qeyd edək ki, icbari əmlak sığortası Bakı şəhəri üzrə 50 AZN sığorta haqqı ilə 25 000 AZN təminat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərləri üzrə 40 AZN sığorta haqqı ilə 20 000 AZN təminat, digər regionlar üçün isə 30 AZN sığorta haqqı ilə 15 000 AZN sığorta təminatı verir. Müraciət etmək üçün linkə keçid edə bilərsiniz: cutt.ly/QetwrlT5

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər