“PAŞA Sığorta” ASC ölkədə fəliyyətdə olan “Yük Taksisi.AZ” MMC-yə (166 yük taksi xidməti) qarşı pul iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Banker.az-ın xəbərinə görə, sığorta şirkəti cavabdeh “Yük Taksisi.AZ”dan ümumilikdə 970 manat məbləğində pul vəsaitinin iddiaçı “Paşa Sığorta” ASC- nin xeyrinə tutulmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
1 saylı BİİM isə qətnaməyə cavabında sığortaçının “elektron” qaydada müraciətini tövsiyə edib.
Bildirək ki, bu taksi xidməti həmçinin 3 rəqəmli prefiks ilə “166” adı altında da tanınır.