®Geniş sağlamlıq sığortası portfeli ilə fərqlənən PAŞA Sığorta şirkəti fərdi sağlamlıq sığortası müştəriləri üçün yenilik təqdim edir. Belə ki, 30 dekabr tarixinədək bütün fərdi könüllü sağlamlıq sığortası müştəriləri “Telesəhiyyə” xidmətindən yararlana biləcəklər.
Qeyd edək ki, “Telesəhiyyə” xidməti həkimlərlə pasientlər arasında audio, video və digər əlaqə vasitələri ilə konsultasiyaların aparılmasını təmin edən xidmətdir. Bunun vasitəsilə müştərilər evdən çıxmağa ehtiyac olmadan sağlamlıqları haqqında məsləhətlər ala biləcək.
“Telesəhiyyə” xidməti ilə fərdi müştərilər həkimlə istədikləri yerdən əlaqə saxlaya biləcək və klinikada gözləmə müddəti olmadan vaxtına qənaət etmiş olacaqlar.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.