15 C
Baku
Saturday, May 18, 2024

“PAŞA Sığorta” ziyanın ödənilməsinə görə 2 şirkət ilə məhkəmə çəkişməsindədir

“PAŞA Sığorta” ASC  “BMMC-153” MMC və “Azcargo Logistics and Management Services” MMC ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, sığorta şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsindən qaynaqlanır. “BMMC-153” MMC ilə olan işə baxan hakim Aytən Əliyeva və “Azcargo Logistics and Management Services” MMC ilə bağlı işə isə Zeynəb Axundova baxır.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər