6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Sığorta” ziyanın ödənilməsinə görə “Netframe” ilə məhkəmə çəkişməsindədir

“PAŞA Sığorta” ASC “Netframe” MMC ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, sığorta şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsindən qaynaqlanır. İşə baxan hakim Fərrux Qasımovdur.

Qeyd edək ki, Netframe şirkətinin səriştəsinə kommunikasiya həllərinin layihələndirilməsi (planlaşdırma və dizayn) quraşdırılması (quraşdırılması və işə salınması) və istismarı (istismar və texniki xidmət) daxildir.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

 

 

Son xəbərlər
Digər xəbərlər