Ölkənin ən iri sığorta şirkəti “PAŞA Sığorta” ASC-nin departamentlərindən birinə təyinat olub.
Banker.az xəbər verir ki, Murad Abbasov sığorta şirkətinin Strateji idarəetmə və maliyyə departamentin direktoru təyin edilib.
M.Abassov vəzifəsinin icrasına 2022-ci ilin mayından başlayıb.
O, son iki il idi ki, adıçəkilən departamentin direktor müavini idi.
M.Abassov “PAŞA Sığorta” ASC-yə 2016-cı ildə gəlib. Bundan öncə Azərbaycan Mərkəzi Bankında çalışıb.
Sığorta şirkətinin təşkilati strukturunda 13 departament fəaliyyət göstərir.
Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.