15 C
Baku
Sunday, November 24, 2024

“PAŞA Sığorta”da yeni təyinat

PAŞA Sığorta şirkətində yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Adil Bəkirov “PAŞA Sığorta”nın Avtomobil və Rəqəmsal Sığorta Sahəsinin rəhbəri təyin edilib.

Adil Bəkirov bundan əvvəl “PAŞA Sığort”da Agile məhsul sahibi, Marketinq və Məhsul bölməsinin rəhbəri, Marketinq və İctimai Əlaqələr üzrə baş mütəxəssis, Marketinq və İctimai Əlaqələr üzrə mütəxəssis kimi müxtəlif vəzifələrdə, “Auto Azerbaijan”da isə Beynəlxalq Əlaqələr Koordinatoru kimi çalışıb.

O, Bakı Dövlət Universitetində “Beynəlxalq İqtisadiyyat” üzrə bakalavr dərəcəsinə yiyələnib.

“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər