“PAŞA Sığorta” ASC-nin Təftiş komissiyasının müstəqil üzvlərindən biri vəzifəsini tərk edib.
Banker.az-a daxil olan məlumata görə, söhbət Rizvan Firuddin oğlu Qubiyevdən gedir.
Qubiyevin yerinə yeni təyinat olmayıb və bununla da Təftiş komissiyası bir sədr və bir üzvdın ibarətdir.
Qeyd edək ki, daxili audit bu komissiyaya tabedir.