“PAŞA Sığorta” ASC-də kadr dəyişikliyi baş verib.
Banker.az bu barədə Sığorta Şirkətinin saytına istinadən xəbər verir ki, qurumda Baş mühasib vəzifəsində çalışan Tural Eldar oğlu Həsənəliyev vəzifəsini tərk edib və onu bu vəzifədə Sevda Fikrət qızı Səlimova əvəz edib.
Qeyd edək ki, bu yaxınlarda da “PAŞA Sığorta”nın məsul aktuarisi dəyişmişdi.