“Azsığorta” ASC-nin daxili auditinə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, Əhməd Manaflı “Azsığorta”nın Daxili audit xidmətinin rəhbəri təyin edilib.
O, bu vəzifədə 2021-ci ilin fevralından başlayaraq çalışacaq.
“Azsığorta”da olan bu vəzifə hazırda vakant idi.
Ə.Manaflı isə buna qədər “PAŞA Sığorta” ASC-nin daxili auditində çalışırdı.
Daha əvvəllər isə “Deloitte” Audit Şirkətində və Türkiyə kapitallı “NAB Holding A.Ş”də çalışıb.