“Meqa Sığorta” ASC-nin 4 departamentindən birinə yeni rəhbər təyin olub.
Bu barədə Banker.az saytına Sığorta Şirkətinə yaxın mənbə bildirir.
“Meqa Sığorta”nın Sığorta və Təkrarsığorta Departamentinə direktor Eldar Abbaszadə təyin olunub. Əldə olunan məlumata əsasən E.Abbaszadə vəzifəsinin icrasına 2019-cu ilin aprel ayından başlayıb.
Xatırladaq ki, Eldar Abbaszadə bundan öncə “PAŞA Sığorta” ASC-də çalışıb. O, adıçəkilən sığorta şirkətində heyətinə 2012-ci ildə qoşulub və 2015-dən bu günə qədər isə Anderayter Şöbəsinin müdiri vəzifəsində işləyib.
Bakı Dövlət Unversitetinin hüquq üzrə magistr dərəcəsinə malikdir.