“PAŞA Sığorta” ASC-nin baş mühasibi 2025-ci ilin avqustundan etibarən “Xalq Sığorta” ASC-də çalışacaq.
Banker.az xəbər verir ki, bu, Ənbər Həsənova Adil qızıdır.
O yeni iş yerində eyni – baş mühasib kimi çalışacaq.
Ənbər Həsənova 2011-ci ildən sığorta sektorunda çalışır.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.