®Yaxın zamanda yeni məktəb sezonuna start veriləcək və valideynlər övladlarını təhsil müəssisələrinə yola salacaqlar. Valideynlərin bu dövr ərzində övladlarını məktəbə rahatlıqla yola salmaları üçün PAŞA Sığorta “Məktəbli” sağlamlıq sığortasını təklif edir.
“Məktəbli” sağlamlıq sığortası məktəb dövrü ərzində şagirdlərin məktəbdə, məktəb ərazisində, ekskursiyalarda, hətta məktəbin servisində belə sağlamlığını təminat altına alır. Hər hansı problem anında PAŞA Sığortanın əməkdaşlıq etdiyi özəl və qabaqcıl klinikalar övladınıza xidmət göstərəcək, həmçinin sizi də əlavə tibbi xərclərdən azad edəcək.
Məktəblilər üçün nəzərdə tutulmuş bu məhsul “Variant A”, “Variant B”, “Variant C”, “Variant D” adlı 4 paket daxilində təqdim edilir. Valideynlər məktəbli övladları üçün illik cəmi 40 AZN-dən başlayan sığorta haqqı ödəyərək sağlamlıqları üçün 4000 AZN-dək təminat əldə edəcək.
Məktəblilərin rahat və sağlam məktəb ili keçirməsi üçün onları indidən sığortalamağı əldən verməyin. Bunun üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/mektebli-sigortasi keçidi ilə onlayn müraciət edə bilərsiniz.
Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram https://www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstəririr. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.