17 C
Baku
Friday, October 18, 2024

“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinatlar olub

“PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvlərində dəyişiklik baş verib.

Şirkətdən verilən məlumata görə, Əli Feliks oğlu Bayramov İdarə Heyəti sədrinin birinci müavini, Tural Qurban oğlu Əliyev isə İdarə Heyəti sədrinin müavini təyin edilib.

İdarə Heyətinin yeni üzvləri Murad Hüseyn oğlu Süleymanov və Aygün Rüstəm qızı Məlikova təyin olunub. Murad Hüseyn oğlu Süleymanov Maliyyə bloku üzrə, Aygün Rüstəm qızı Məlikova isə Texniki blok üzrə İdarə Heyətin üzvləridirlər.

Xatırladaq ki, şirkətin İdarə Heyətinin sədrinin sabiq birinci müavini Zaur Əliyev oktyabrın 27-də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.

Bundan başqa, Fariz Əzizov şirkətin Direktorlar Şurasının üzvü olub. F. Əzizov eyni zamanda Bakı Fond Birjasının İdarə Heyətinin sədridir.

APA

Son xəbərlər
Digər xəbərlər