16 C
Baku
Saturday, March 29, 2025

“PAŞA Sığorta”nın maliyyə vəziyyəti məlum oldu

“PAŞA Sığorta” ASC keçən il xalis mənfəətini artırarkən, aktivləri 10 faiz azalıb.

Banker.az bu barədə sığortaçının illik audit hesabatına istinadən xəbər verir.

Belə ki, sığorta şirkəti 2024-cü ildə 42.03 milyon manat xalis mənfəət əldə edib. Bu 2023-cü ildəki 35.49 milyon manatlıq göstəricidən 18 faiz üzərində yuxarıdır. Sığorta şirkəti hesabat müddətində 346.94 milyon manat cəmi gəlir, 299.84 milyon manat cəmi xərc çəkib. Şirkət keçən il mənfəətindən dövlətə 8.43 milyon manat vergi ödəyib. Baxmayaraq ki, hesabat müddətində 35.49 milyon manat səhmdara dividend ödəyib, keçən ilin sonuna kapital balansında 42.03 milyon manat bölüşdürlməmiş mənfəət qalmaqdadır.

Bununla belə, şirkət keçənilki şəraitdə aktivlərini öncəki illə müqayisədə genişləndirə bilməyib. 2024-cü ilin əvvəlinə 351.33 milyon manatlıq ümumi aktivlərin həcmi həmin ilin sonuna 317.38 milyon manata düşüb. Aktivlərin azalmasına əsas təpikləyici onun qısamüddətli aktivlərinə nəzərə çarpan enişdir. Ötən ilin əvvəlində 175.59 milyon manat olan qısamüddətli aktivlər ilin sonuna 163.9 milyon manata düşüb.

“PAŞA Sığorta” Azərbaycanın dövlət istiqrazlarını mütəmadi portfelində cəmləşdirən əsas investordur. Sığorta Şirkətinin dövlət istiqrazları üzrə portfeli son bir ildə 53.88 milyon manatdan 35.92 milyon manata qədər enib.  Söhbət burada qısamüddətli qiymətli kağızlardan gedir. Uzunmüddətli qiymətli kağızlar (dövlət) isə son bir ildə 89.49 milyon manatdan 107.29 milyon manata qədər artıb.

Mənfəət və Zərər Haqqında Hesabat_2024_20250319120907 Balans_2024_20250319120907

 

Son xəbərlər
Digər xəbərlər