“PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasında (DŞ) dəyişiklik olub.
İbrahim Hüseynqulu oğlu İbrahimov “PAŞA Həyat Sığorta”nın İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyinat alıb
Onun yerinə , “PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasına üzv olaraq, Fərid Məmmədov təyin edilib.
Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.