“PAŞA Sığorta” ASC 2018-ci ilin 12 ayı ərzində 134,37 mln. manatlıq cəmi gəlir, 106,01 mln manatlıq cəmi xərci olub.
Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin (SŞ) 2018-ci il üzrə maliyyə hesabatında deyilir.
Cəmi gəlirində 2017-ci il ilə müqayisədə 20%, cəmi xərclərində isə 11% artım qeydə alınıb.
Beləliklə SŞ-nin 2018-ci ilin yekununa xalis mənfəəti 22,42 mln. manat olub. Qeyd edək ki, SŞ-nin hesabat dövründən öncəki ilə 13,09 mln. manatlıq xalis mənfəətlə bitirmişdi.
Bununlada sığorta şirkətinin bölüşdürülməmiş mənfəəti 25 mln. manata qədər artıb.
Xatırladaq ki, sığorta şirkəti 2010-cu ildə yaradılıb və hazırda nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərinin 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.