“PAŞA Bank”ın Türkiyədəki törəməsi olan “PAŞA Yatırım Bankası”nın rəhbərliyində kadr dəyişikliyi olub.
Bu barədə bankın yaydığı məlumata xəbər verir.
Məlumatda bildirilib ki, bankın İdarə Heyətinin 2 iyul tarixli 63 saylı qərarına əsasən İdarə Heyətinin müstəqil üzvü Mesut Özdinç öz ərizəsi ilə işdən çıxıb. Onun yerinə Ebru Oğan Knottnerus İdarə Heyətinə müstəqil üzv seçilib.