Azərbaycanın ən böyük banklarından biri olan PaşBank 3-cü rübün nəticələrinə görə mənfəətə çıxa bilməyib.
Banker.azın bankın maliyyə göstəricilərinə istinadən verdiyi xəbərə görə, bank 9 ayın nəticələrinə görə 7 mln. manat zərərlə işləyib. Qeyd edək ki, 2-ci rübün göstəricilərinə görə Bankın zərari 850 min AZN yaxın idi.
Bankın açıqladığı maliyyə göstəricilərindən maraqlı olanlardan biri, Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 2 dəfə artırılması olmuşdur. Belə ki, keçən rüb bu göstərici 19 mln. manat olmasına baxmayaraq, artıq 3-cü rübün sonuna bu göstərici 40 mln. manat təşkil etmişdir.
İlin əvvəlindən 3-cü rübün sonuna qədər bank vaxtı keçmiş kreditləri bir qədər azaldaraq 111 mln manata ( portfelə nisbətdə 17.42%) çatdıra bilmişdir. Bu azalma ya bankın müəyyən kreditlərdə sağlamlaşma işini aparmaq və ya silinmələrin hesabına ola bilər.
PaşaBankın Sentyabr ayının sonuna aktivlərinin həcmindədə müəyyən azalmalar vardır. Beləki, aktivlərin həcmi 1.64 mlrd. manatdan 1.57 mlrd. manata düşmüşdür.