®“PASHA Bank Cup III” yarışmasının II mərhələsi artıq yekunlaşıb. 18-21 iyun tarixlərini əhatə edən və “Axtarış və sıralama” mövzusuna həsr olunan bu mərhələdə ümumilikdə 103 iştirakçı öz qüvvəsini sınayıb. İştirakçılardan 18-i 100%-lik, 35-i isə 50 %-dən yüksək nəticə göstərib.
Bu mərhələni 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:
-Rəhim Məmmədli
-Ziya Muxtarov
-Rəşad Məmmədov
-Səid Nəsibov
-Xəlil Əsədzadə
-Toğrul Qasımzadə
-Nadir İsgəndərov
-Əli Məhərrəmli
-İbrahim Tağızadə
-Mixaylo Medvedyev
-Saleh İsayev
-Emin Orucov
-Günel Hüseynli
-Tuqay Abdullazadə
-Xızrı Saxrayev
-Nicat Hüseynov
-Ömər Əfəndi
-Fərid Əhmədli
Tezliklə yarışmanın III mərhələsi baş tutacaq. “Dinamik proqramlaşdırma” mövzusuna həsr olunan bu mərhələdə istənilən şəxs öncədən təqdim edilən keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.
Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.
Yarışma haqda ətraflı məlumat üçün bu keçiddən istifadə edin: https://cup.pashabank.digital/