®“PASHA Bank Cup III” yarışmasının sayca IV mərhələsi artıq yekunlaşıb. 13-16 avqust tarixlərini əhatə edən və “Qraflar” (Graph Programming) mövzusuna həsr olunan bu mərhələyə ümumilikdə 44 nəfər iştirakçı qatılıb.  Bu mərhələdə iştirakçılardan 14 nəfər 100%-lik, 29 nəfər isə 50 %-dən yüksək nəticə göstərib.

IV mərhələni 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:

1.Rəhim Məmmədli
2.Əziz Hüseynov
3.Toğrul Qasımzadə
4.Ziya Muxtarov
5.Səid Nəsibov
6.Rəşad Məmmədov
7.Xızrı Saxrayev
8.Tuqay Abdullazadə
9.Fidan Hüseynova
10.Fərid Əhmədli
11.Xəlil Əsədzadə
12.Günel Hüseynli
13.Anar Verdiyev
14.Teyyub İsmayılov

Yarışmanın finalı sentyabr ayında baş tutacaq. Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.

Yarışma haqda ətraflı məlumat üçün bu keçiddən istifadə edin: https://cup.pashabank.digital/