4 C
Baku
Saturday, February 24, 2024

“PASHA Bank Cup V” yarışmasının qalibləri müəyyən olub

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” tərəfindən ənənəvi şəkildə keçirilən “PASHA Bank Cup” müsabiqəsi başa çatıb.

“PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov avqust ayının 26-da Bakı Mühəndislik Universitetində keçirilən final mərhələsində iştirak edib. O, Bankın ölkədə İT sahəsində təhsil alan, eləcə də çalışan bacarıqlı kadrları üzə çıxarmaq istiqamətindəki fəaliyyətindən və “PASHA Bank Cup” müsabiqəsinin bu işdəki mühüm rolundan danışıb.

Final mərhələsində qüvvəsini sınayan 35 iştirakçıdan hər kateqoriya üzrə ümumilikdə 12 qalib seçilib. Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara Bank tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Beləliklə, “PASHA Bank Cup V” müsabiqəsinin qaliblərinin adlarını sizinlə bölüşürük:

Məktəblilər kateqoriyası:
Fuad Qarayev
Xizri Saxrayev
Əli Əliyev

Tələbələr kateroqiyası:
Valeriy Qrinenko
İbrahim Tağızadə
Saleh İsayev

Peşəkarlar kateqoriyası:
Rəşad Məmmədov
Mixaylo Medvedyev
Ramil Həsənov

“PAŞA Bank” əməkdaşları kateqoriyası:
Kərim Kərimov
Anar Məmmədov
Rza İsmayıl

Xatırladaq ki, “PAŞA Bank”, İT sahəsinin inkişafına töhfə vermək, eləcə də bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün ”DevOpsDays”, “Rəqəmsal zirvələr” konfransı, “hackathon”lar və bir sıra layihələr həyata keçirib.

Son xəbərlər
Digər xəbərlər