11 C
Baku
Wednesday, November 13, 2024

“PASHA Bank Georgia” cari ilin ilk yarısını xalis mənfəətlə bitirib – BANK BÖYÜYÜR

“PASHA Holding” MMC-nin Gürcüstanda fəaliyyət göstərən bankı “PASHA Bank Georgia” səhmdar cəmiyyəti 2024-cü ilin ilk yarısında 2.59 milyon gürcü larisi həcmində xalis mənfəət əldə etdiyini elan edib. Bu da həmin tarixdəki *rəsmi məzənnəyə əsasən, 1.57 milyon Azərbaycan manatı həcmində xalis mənfəət deməkdir. Öncəki ildə bank yerli valyuta ilə verilən aktivlərin hesabına zərər etmiş, xarici valyutadakı aktivlərdə isə mənfəət əldə etmişdi.

Banker.az bankın yarımillik hesabatına istinadən xəbər verir ki, bank 24.58 lari manat faiz gəliri əldə edərkən, cəmi 10.8 mln. lari faiz xərci ödəyib.

Xarici valyuta əməliyyatlarından əldə olunan gəlir 8.22 milyon lari, digər qeyri-faiz gəlirləri isə 5.41 milyon lari təşkil edib. Ümumilikdə, qeyri-faiz xərcləri 18.24 milyon lari olaraq qeydə alınıb ki, bu da ötən ilin eyni dövründəki 19.80 milyon lari ilə müqayisədə azalıb.

BANK BÖYÜMƏKDƏDİR…

“PASHA Bank Georgia”nın aktivləri 2024-cü ilin ilk altı ayında 16% artımla 619.6 mln. lariyə yüksəlib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 532.37 milyon lari idi.

Bankın kredit portfeli 2024-cü ilin iyun ayının sonunda 365.91 milyon lari olub ki, bu da ötən ilin sonundakı 288.85 milyon lari ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Bu artım bankın müştərilərinə daha çox kredit verərək bazar payı artırmasına işarə edir.

DEPOZİT PORTFELİNDƏ ARTIM…

Bankın depozit portfeli də müsbət dinamika göstərərək 2024-cü ilin iyun ayında 365.9 milyon lari səviyyəsinə çatmaqla ilk yarımildə 27% artım edib.

Bankın cəmi öhdəlikləri isə 504.69 milyon lari təşkil edib, 2023-cü ilin sonundakı 420.06 milyon lari ilə müqayisədə 20% artım müşahidə olunub.

Bankın ümumi kapitalı isə son alt ayda 112.32 milyon laridən 114.9 milyon lariyə qalxıb.

Xatırladaq ki, “PAŞA Bank Gürcüstan” 2013-cü ildən fəaliyyətə başlayıb və hazırda 136.8 mln. lari nizamnamə kapitalına sahibdir. Bank Azərbaycanın iri holdinqi “PASHA Holding” MMC-yə daxildir.

*AMB-nin 1 iyul 2024-cü il tarixinə rəsmi məzənnəsi: GEL/AZN=0.6082 (hazırda: 0.6308)

Son xəbərlər
Digər xəbərlər