“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” Səhmdar Cəmiyəti 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bu barədə Banker.az bankın hesabatına istinadən xəbər veririr.
2022-ci ilin ilk iki rübü və ya ilk yarımilliyində illik müqayisədə 23% artaraq 19.04 milyon lari (1 dollar= 2.85) həcmində faizlərdən gəlir əldə edib. Bu faiz gəlirlərinin 15.65 mln. larisi kreditlər üzrə faizlərdəndir.
Bankın 8.11 mln. lari faiz xərci, 4.2 mln. lari qeyri-faiz gəliri və 17.93 mln. manat qeyri-faiz xərcləri olmuşdur.
Beləliklə, bank törəməsi 2022-ci ilin ilk yarısında 3.3 mln. lari zərər edib. Milli valyutada onun zərəri 6.38 mln. lari olduğu halda, xarici valyutada 3.08 mln. lari ekv. xalis mənfəət əldə edib.
1 iyul 2022-ci il tarixinə onun aktivlərinin həcmi 457.42 mln. lari, öhdəliklərinin həcmi 364.86 mln. lari olub.