“PAŞA Bank”ın Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” Səhmdar Cəmiyyətinin aktivlərinin həcmi 1 aprel 2021-ci il tarixinə 472.36 milyon lari olub.
Banker.az bu barədə Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir.
“PASHA Bank Georgia”nın aktivlərinin 144.57 milyon lirəsi Gürcü valyutasında 327.79 mln larisi isə xarici valyutada olmuşdur.
Bank aktivlərinin 327 milyon lari kreditlər təşkil edib. Kredit portfeli son bir il ərzində 7.5% böyüyüb. Kredit portfelinin 92.16 milyon larisi milli, 234.84 milyon larisi isə xarici valyutadadır.
Bankın öhdəliklərinin həcmi 1 aprel tarixinə 397.62 milyon lari təşkil edib. Bunun da 81.79 mln. larisi cari hesablar və 81.79 mln. larisi isə tələbli depozitlər olmuşdur.
“PAŞA Bank”ın törəmə bankının boclarının həcmi 34.06 milyon lari təşkil edib, yarı-yarı milli və xarici valyutada olan borclardır.
Qeyd edək ki, “PASHA Bank Georgia” 2021-ci ilin ilk rübü ərzində 1.28 milyon lari zərəri olub. Bu zərərə səbəb əməliyyatının 1.46 milyon laridir zərərdə olmasıdır. Yəni, gəlirləri xərclərini qarşılaya bilməyib.
Bununla da bankın balansındakı zərərin həcmi 28.26 mln. laridir.