12 C
Baku
Tuesday, November 19, 2024

“PASHA Bank Georgia”nın zərəri azalıb

“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” Səhmdar Cəmiyyətinin 2023-cü ilin ilk üç rübü üzrə zərəri 1.1 milyon lari təşkil edib. 2022-ci ilin eyni dövründə 2.81 mln. lari idi.

Banker.az bunu törəmə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Faiz gəlirləri 39.16 milyon lari olmaqla öncəki ildən 26 faiz yuxarı olub. Törəmə bank faizlərə 14.22 milyon lari xərc çəkib.

Cari ilin ilk üç rübündəki zərərin ardından onun kapital balansındakı illərin yığılmış zərəri 28.43 mln. lari təşkil edib.

AKİTVLƏR AZALIB

“PASHA Bank Georgia”nın cəmi aktivlərinin həcmi 7 faiz azalaraq 484.98 milyon lariyə düşüb. Aktivlərində azalmada əsas rol müştərilərə verilən kreditlə əlaqəlidir. Belə ki, müştərilərə verilən kreditlərin həcmi ötən ilin üçüncü rübünün sonuna 339.83 mln. lari olduğu halda, 2023-cü ilin müvafiq dövrünə 314.3 mln. lariyə düşüb.

Törəmə bankın cəmi öhdəlikləri 375.46 mln. lari (2022-ci ilin eyni dövrü: 418.15 mln. lari), cəmi kapitalı 109.52 mln. lari (102.27 mln. lari) olub.

Son xəbərlər
Digər xəbərlər