17 C
Baku
Friday, September 19, 2025

PASHA Bank Gürcüstan Batumidə keçirilən XIII Xəzər Enerji Forumuna dəstək verib

Sentyabrın 4-də Batumidəki Hilton otelində regionun önəmli biznes tədbirlərindən biri – XIII Xəzər Enerji Forumu baş tutub. Forum Forbes GeorgiaCaspian Energy Clubun təşkilatçılığı, həmçinin PASHA Bank Gürcüstanın dəstəyi ilə gerçəkləşib. Tədbirdə Azərbaycan, Gürcüstan və Qara dəniz–Xəzər regionundan 100-ə yaxın yüksək səviyyəli qonaq iştirak edib.

Baş tərəfdaş qismində çıxış edən PASHA Bank Gürcüstan regional əməkdaşlığı və dayanıqlı iqtisadi inkişafı dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib. Bank Gürcüstanda enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir və bununla da ənənəvi bankçılıqdan kənara çıxaraq strateji sahələrin inkişafına və sərhədlərarası əməkdaşlığa töhfə verməyi hədəfləyir.

“Enerji PASHA Bank Gürcüstanın strateji prioritetidir və portfelimizin təxminən 14 faizini təşkil edir. Biz su elektrik stansiyalarını maliyyələşdirmişik, SOCAR-la qaz şəbəkəsinin genişləndirilməsini dəstəkləmişik, Cənubi Qafqaz Qaz Kəmərinin təhlükəsiz istismarını təmin etmişik. Son olaraq isə 100 MVt gücündə günəş enerjisi layihəsinə sərmayənin yatırılmasına vasitəçi olmuşuq. Bütün bunlar Gürcüstanın enerji sektorunda etibarlı maliyyə tərəfdaşı rolumuzu təsdiqləyir,” – deyə PASHA Bank Gürcüstanın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Ramil İmamov bildirib.

Forumun əsas məqsədi enerji, logistika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirmək, həmçinin biznesin qarşısındakı aktual çağırışları müzakirə etmək olub. “Davos formatında” təşkil edilən tədbirdə açılış çıxışları, ekspert panelləri, CEO turları və yeni tərəfdaşlıqlar üçün şəbəkələşmə imkanları yer alıb.

Təşəbbüsə Azərbaycan Biznes Assosiasiyası və digər regional təşkilatlar dəstək verib. Baş sponsorlar sırasında PASHA Bank Gürcüstanla yanaşı SOCAR, CMC, Achar Energy, CCEH və Caspian Service də olub.

Xəzər Enerji Forumuna dəstək göstərməklə PASHA Bank Gürcüstan bir daha Gürcüstan, Azərbaycan və Qara dəniz–Xəzər regionu arasında körpü rolunu gücləndirdiyini, həmçinin enerji, nəqliyyat və logistikanı regional inkişafın mühüm hərəkətverici qüvvələri kimi dəstəklədiyini nümayiş etdirib.

PASHA Bank Gürcüstan haqqında:
PASHA Bank Gürcüstanda 13 ildir fəaliyyət göstərir və bizneslərə tam spektrli korporativ bank xidmətləri təqdim edir. Bank, regionun ən iri Azərbaycan holdinqlərindən biri olan PASHA Holdingin tərkibinə daxildir. PASHA Bank Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərir və regionda bizneslərin güclü maliyyə tərəfdaşıdır.

picture1 scaled

picture4 scaled

Son xəbərlər
Digər xəbərlər