9 C
Baku
Friday, December 13, 2024

Pasha Bank MilliÖn ödəmə terminalına qoşuldu

PAŞA Bank MilliÖN ödəniş sisteminin terminalları vasitəsilə kreditlərin ödənilməsi, cari hesaba və kartlara (əmək haqqı layihələri çərçivəsində buraxılan kartlar istisna olmaqla) vəsaitin köçürülməsi xidmətini tətbiq etdi.

Terminallar vasitəsilə ödənişləri istər yerli, istərsə də xarici valyutada (USD, EUR, RUR) həyata keçirmək olar. Ödənişin iş günü ərzində həyata keçirildiyi zaman vəsaitlər dərhal daxil olur, əməliyyat qeyri-iş günü aparıldıqda isə vəsaitlər hesaba növbəti iş günü daxil olur.

Kreditin ödənilməsi, hesaba və ya kartın balansına vəsaitin köçürülməsi əməliyyatlarına görə komissiya haqqı nəzərdə tutulmayıb.

Son xəbərlər
Digər xəbərlər