6 C
Baku
Sunday, December 15, 2024

“PASHA Bank Türkiye”nin əsas səhmdarı dəyişib

“PASHA Holding” MMC-nin “PASHA Yatırım Bankası Anonim Şirketi”ndəki (PASHA Bank Türkiye) payı 2024-cü ilin əvvəlindən etibarən 49.00 faizdən 71.75 faizə yüksəlib.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilib.

Məlumata əsasən, 29 dekabr 2023-cü il tarixində “PAŞA Bank” ASC-nin sahib olduğu 113.75 mln. ədəd səhm “PASHA Holding” MMC tərəfindən satın alınıb.

Bununla da indiyə qədər əsas səhmdar olan “PAŞA Bank” ASC-nin payı 28.21% olub.

Qeyd edək ki, “PASHA Holding” MMC-nin Azərbaycandakı əsas bank “PAŞA Bank” ASC-nin nizamnamə kapitalındakı payı isə 56.82%-dir.

Son xəbərlər
Digər xəbərlər