“PASHA Holding”ə məxsus şirkət nizamnamə kapitalını azaldır

“PASHA Holding” MMC-yə daxil olan “Agro Food Investments” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Kreditorlar 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına müraciət edə bilərlər.

Şirkətin kapitalının nə qədər olması və hansı məbləğdə azaldılması açıqlanmayıb.