“PASHA Holding”ə yaxın 5 şirkət birləşdiyini elan edib

Beş şirkət avqustun 8-də birləşmə barədə qərar verib. Vergilər Nazirliyinin orqanında verilən məlumata görə, birləşmə onların ikisinin ətrafında baş verəcək.

“Capital Hotel Company” MMC-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 1404060641) və “Azestate” MMC-nin (VÖEN 1402129861) təsisçiləri “Rey” (VÖEN 1700786141) ilə birləşməyə qərar verib. “Real Estate & Industrial Development” MMC (VÖEN 1300128641) Reliance (VÖEN 1401766831) ilə birləşir. Birləşmədən sonra “Capital Hotel Company”, “Azestate” və “Real Estate & Industrial Development” fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, bu məlumat Turan İ.A-da işıqlanıb.