1. Təlim və İnkişaf üzrə menecer
İşin təsviri:
• Təlim planı daxilində yerli hədəf auditoriyaları üçün təlim ehtiyacları analizinin hazırlanması;
• Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
• Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
• Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsində dəstəyin göstərilməsi;
• Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
• Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
• Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
• Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
• Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində yardım;
• Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı layihələrdə aktiv iştirak;
• Nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı üsul və texnikanın seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;
• Treyninq təchizatçıları ilə, departament direktorları ilə və s. ünsiyyət qurmaq;
• İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• İnsan resurslarının idarəedilməsi üzrə və ya ona uyğun sahə üzrə bakalavr dərəcəsi;
• Təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
• İR sahəsində kvalifikasiyanın olması üstünlükdür;
• Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;
• Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
• İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;
• Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
• Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
• Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Təlim və İnkişaf üzrə meneceri ” qeyd olunmalıdır;
• CV-lər 11 may, 2017-cı il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə
2. Biznes Qrupu daxilində kiçik analitik
İşin təsviri:
• Biznes Qrupunun ehtiyacları üçün araşdırmalar aparılması və məlumatların toplanması;
• Bankçılıq və Sığorta sahəsindəki strateji aktivlər və şirkətlər üçün dövrü və xüsusi hesabatların, eyni zamanda təqdimatların hazırlanması;
• Biznes qrupunun nümayəndələrinə gündəlik fəaliyyətlərində hərtərəfli yardımın göstərilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Maliyyə/ Biznesin idarəedilməsi sahəsində bakalavr dərəcəsi;
• Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Azərbaycan və ingilis dillərində mükəmməl bilik;
• Güclü ünsiyyət bacarıqları;
• Maliyyə analizindən anlayışın olması.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Biznes Qrupu daxilində kiçik analitik” qeyd olunmalıdır;
• CV-lər 11 may, 2017-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
3. Holding Biznes Qrupu daxilində mütəxəssis
İşin təsviri:
• PAŞA Holdingə daxil olan bankların və/və ya sığorta şirkətlərinin Azərbaycanda və xaricdə fəaliyyətləri haqqında müntəzəm hesabat əsasında fasiləsiz monitorinqinin aparılması və fəaliyyətin istiqamətləri, eyni zamanda həmin fəaliyyət ilə bağlı olan risklər və ya hər hansı digər məsələlər haqqında Biznes Qrupunun direktorunun məlumatlandırılması;
• Müşahidə Şurasının və/və ya Müşahidə Şurasına hesabat verən komitələrin qərarlarının banklarda və/və ya sığorta şirkətlərində vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə banklar və/ və ya sığorta şirkətləri ilə qarşılıqlı əlaqə;
• Müxtəlif layihələr/qərarlar/metodologiyaların PAŞA Holdingə daxil olan banklara və/ və ya sığorta şirkətlərinə uyğun səviyyədə qurulması və həyata keçirilməsi məqsədilə Holdingdaxili funksional Qruplar ilə (məsələn, Maliyyə, Risklərin idarəedilməsi, HR, Audit, İT, PMO) qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;
• Bankların və/ və ya sığorta şirkətlərinin biznes ehtiyaclarına təsir göstərə biləcək potensial dəyişikliklər üçün bankların və/ və ya sığorta şirkətlərinin bank sektoru və tənzimləyici orqanların monitorinqi;
• Biznes qrupunun direktoru tərəfindən verilmiş tapşırıqlar əsasında tələb olunan xüsusi təhlillərin aparılması;
• Holdingə daxil olan bankların biznes planlarının və büdcələrinin keyfiyyətli və zamanında hazırlanmasının təmin edilməsi;
• Biznes Qrupu direktorunun göstərişlərinin/birgə qərarların (SA və ya Funksional qrupların rəhbərliyi ilə birgə) mütəmadi qaydada icrası və gecikmələr və ya uyğunsuzluqlar yarandığı halda Biznes Qrupu direktorunu məlumatlandırmaq yəni Biznes Qrupu direktoru üçün layihə meneceri funksiyasının yerinə yetirilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Maliyyə/ Biznesin idarəedilməsi sahəsində Bakalavr dərəcəsi;
• Bankçılıq və ya sığorta sahəsində 3-4 il peşəkar təcrübə;
• Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
• Güclü ünsiyyət və təqdimat bacarıqları;
• CFA üzrə (3-cü dərəcə) üstünlükdür;
• İngilis, Azərbaycan və Rus dillərində mükəmməl bilik;
• MS Office proqramlarının (Excel, PowerPoint, Word) mükəmməl bilik səviyyəsi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Biznes Qrupu daxilində mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 11 may, 2017-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
4. Holding Büdcə və planlaşdırma üzrə menecer
İşin təsviri:
• PAŞA Holdinq səviyyəsində büdcə prosesini aparmaq;
• PAŞA Holdinqin büdcə siyasəti çərçivəsində büdcə prinsiplərinin (yanaşmalarının) işlənib hazırlanması;
• Büdcənin təhlili (MIS daxil olmaqla) ;
• Büdcənin və MIS sisteminin modelləşdirilməsi (PAŞA Holdinq və strateji aktivlər üçün);
• Büdcənin analizi (MİS sistemi də daxil olmaqla);
• Qrup üzrə büdcə siyasətinin hazırlanma prosesində istifadə ediləcək əsas müddəaların inkişaf etdirilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Maliyyə sahəsində bakalavr dərəcəsi;
• ACCA sertifikasiyası (F1-F3; F7);
• Bank sahəsində minimum 7 il peşəkar təcrübə;
• Büdcələmənin və proqnozlaşdırmanın (bank işinin xüsusiyyətlərini nəzərə alaraq) hazırlanmasında və qiymətləndirilməsi sahəsində geniş texniki bilik;
• MS Excel proqram təminatının mükəmməl biliyi, maliyyə modellərinin tərtibatında expert səviyyəsində malik olmaq;
• Yerli bank hesabatlılıq sistemlərinin (prudensial, SD və s.) geniş biliyi;
• MIS prinsiplərinin (yanaşmalar, vasitələr və s.) güclü biliyi;
• Bankılıq sahəsində nümunəvi bilik,eyni zamanda sığorta işinin yaxşı biliyi;
• MS Office proqramları üçün VBA (visual basic for applications) proqramlaşdırma dili (bank/sığorta fəaliyyətinin modelləşdirilməsi bacarığı);
• Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dili biliyi üstünlükdür;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Büdcə və planlaşdırma üzrə menecer” qeyd olunmalıdır;
• CV-lər 11 may, 2017-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə