19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

“PASHA Holding” aqrar sahədə mövqeyini daha da gücləndirir

Screen Shot 2021 09 02 at 14.34.20

“PASHA Holding”ə məxsus olan və ölkənin ən böyük kapitallı özəl aqrar şirkətinə yenidən sərmayə qoyulmasına davam edir.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Agro Food Investments” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə ikinci dəfə artırlaraq 196 519 500 manata çatdırılmışdır. Bu da 1 500 000 manat, yaxud 0.8% artım deməkdir.

Bu aqroşirkət kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdaklı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyva çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələr üzrə işlərini həyata keçirir.

Aqrar şirkətin nizamnamə kapitalı mart ayında 20.05 milyon manat, yaxud 13.3 faiz, iyulunda isə 24 850 000 manat, yaxud 14.6% arıtırılmışdı.

“Agro Food Investments” MMC – 2018-ci ilin avqust ayında təsis edilib.

Hazırda şirkətin Azərbaycanın əsasən şimal və şimal-qərb, aran bölgələri olmaqla müxtəlif rayonlarda 3 200 hektardan çox torpaqları vardır.

Şirkət haqqında bəhs edərkən bildirir ki, kənd təsərrüfatı sahəsinə keyfiyyət və məhsuldarlığa əsaslanan inam və etimad mühiti formalaşdırmaq, qida və digər gündəlik istehlak məhsullarının daxili bazar tələbini qarşılamaq və ixrac potensialını inkişaf etdirmək missiyasını daşıyır.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər