16 C
Baku
Thursday, March 28, 2024

“PASHA Holding”, bir sığorta şirkətindən 17 mln. manatlıq divident əldə edib

“PAŞA Həyat Sığorta” ASC-nin səhmdarlarına 2018-ci il ərzində 17,13 mln. manatdan çox divident ödənilib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı 2018-ci il üzrə maliyyə hesabatında deyilir.

Bundan əlavə 2018-ci il üzrə sığorta şirkətinin cəmi gəlirləri 151,09 mln, manat, cəmi xərcləri isə 124,32 mln. manat edib ki, bu da il üzrə 21,26 mln. manatlıq xalis mənfəət əldə etməsi deməkdir. Bildirək ki, 2017-ci il ilə müqayisədə 2018-ci ildə xalis mənfəətinin 63% artmçası deməkdir.

Bununla da elan edilmiş dividentlərə rəğmən, “PAŞA Həyat”ın bölüşdürülməmiş mənfəəti 17,2 mln. manatda qalmaqdadır. Hazırda sığorta şirkətinin cəmi kapitalı 61,6 mln. manat qalmaqdadır.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər