6 C
Baku
Sunday, December 15, 2024

PASHA Holding iki sığorta şirkətindən 51 milyon manat gəlir əldə edib

“PASHA Holding” MMC-nin sığorta biznesindən 2022-ci ildə 50 milyon 887 min manat üzərində dividend əldə edib.

Banker.az-ın hesablamalarına görə, ötən il “PAŞA Həyat” Sığorta Şirkəti ASC-dən 26 milyon 253 min, “PAŞA Sığorta” ASC-dən isə 24 milyon 634 min manatlıq dividend əldə edib. Bu barədə qeydlər hər iki sığorta şirkətinin maliyyə hesabatında qeyd edilir.

2021-ci ildə isə müvafiq olaraq 26 milyon 253 min manat və 26 655 min manatlıq dividentlər ayrılmışdı ki, ümumilikdə 52 milyon 908 min manat olması anlamına gəlir.

Hesabat ilində “PAŞA Həyat” ASC 39 milyon 527 min manat, “PAŞA Sığorta” ASC 29 milyon 201 min manat xalis mənfəət ilə başa vurublar.

1 yanvar 2023-cü il tarixinə “PAŞA Həyat”ın bölüşdürülməmiş mənfəəti 39 milyon 527 min, “PAŞA Sığorta”nın isə 29 milyon 202 min manat təşkil edir.

“PAŞA Sığorta” ASC 2006-cə ildə yaradılıb, 50 milyon manat nizamnamə kapitalı var. “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb, 40.25 mln. manatlıq nizamnamə kapitalı var. Hər ikisinin nizamnamə kapitalının 100%-i ölkənin aparıcı holdinqi olan “PASHA Holding” MMC-yə məxsusdur.

“PAŞA Sığorta” qeyri-həyat sığortası bazarının lideri olarkən, “PAŞA Həyat” həyat sığortası bazarının əsas payçısıdır.

2022-ci ildə ölkənin sığorta bazarında 970 milyon 823 min manat sığorta haqları (premiya) yığılmışdır ki, bunun  413 milyon 298 min manatı “PAŞA Həyat”ın, 215 milyon 132 min manatı “PAŞA Sığorta” ASC-nin payına düşür. Yəni ümumi sığorta bazarındakı yığımların 59%-i holdinqin iki şirkəti tərəfindən yığılıb.

Son xəbərlər
Digər xəbərlər