2024-cü ilin sonunda “PAŞA Holding” MMC-nin cəmi aktivləri 23,3 milyard manata yüksəlib.
Banker.az xəbər veriemki, ötən il ərzində Holdinqin aktivləri 2,3 milyard manat və ya 13,6% artım göstərib.
2023-cü ilin sonunda şirkətin aktivləri 20,5 milyard manat təşkil edirdi.
2024-cü il dekabrın 31-nə “PAŞA Holding”in cəmi kapitalı 2,98 milyard manata bərabər olub.
Şirkətin ötən il ümumi gəlirləri əvvəlki illə müqayisədə 670 milyon manat və ya 28% artaraq 3,07 milyard manata çatıb.
Həmin tarixə Holdinqin Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı 36,97% səviyyəsində qiymətləndirilib.
Qrup üzrə əməkdaşlarının sayı isə 22 min nəfəri ötüb, il ərzində işçi heyəti 2 min nəfərdən çox genişlənib.
“PAŞA Holding” müxtəlif sahələrdə – bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sahələrində investisiyalar həyata keçirir.