12 C
Baku
Monday, November 18, 2024

PASHA Holding-in gələcək rəhbəri Cəlal Qasımov: kimdir?

Yaxın günlərdə PASHA Holding-in baş direktoru vəzifəsini hazırda holdinqin direktor müavini vəzifəsini icra edən Cəlal Qasımov tutacaq.

Bu barədə 1news.az-a verdiyi müsahibəsində PASHA Holding-in baş direktoru Mir Cəmal Paşayev bildirib:

“Davamlılıq Proqramına əsasən, son iki ildən bir az artıq müddətdə Cəlal ilə birlikdə tədricən təşkilatı bu dəyişikliyə hazırladıq. […] səhmdarlar tərəfimdən baş direktor vəzifəsinə irəli sürdüyüm namizədi dəstəklədirlər”.

Mir Camal Paşayevin sözlərinə görə, səhmdarlar tərəfindən dəstək holdinq rəhbərliyini yaxın illərdə tətbiq edilməsi planlaşdırılan kadrların inkişafı və davamlılığı proqramının aydınlığının əhəmiyyətinə inandırdı.

Mir Camal Paşayev özü isə İdarə Heyətinin üzvü olaraq idarəedicilər komandasını dəstəkləməyə davam edərək strateji biznesin idarə edilməsini həyata keçirəcək və istedadların inkişafına xüsusi diqqət yetirəcək.

Gələcək baş direktor Cəlal Qasımova gəlincə, məlumdur ki, o, PASHA Holding-də karyerasını 2015-ci ilin mayında Banklar Qrupunun direktor müavini olaraq başlayıb. 2016-cı ilin oktyabrında direktorun birinci müavini vəzifəsinə təyin edilib.

Daha əvvəl isə, Cəlal Qasımov Azərbaycanın üç bankında rəhbər vəzifələri tutub. Əsasən, Kapital Bank-da Müşahidə Şurasının sədri, həmçinin Unibank və Bank of Baku-da İdarə Heyətinin sədri olub.

Uorik Universiteti (Böyük Britaniya, Warwick Business School) biznes məktəbində MBA dərəcəsinə sahibdir. Bundan əvvəl o, Azərbaycan Ali Diplomatik Kollecində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə (Magistr pilləsi) təhsil alıb. Həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (bakalavr pilləsi) təhsil alıb.

Cəlal Qasımov  – “Nə? Harada? Nə zaman?” verilişinin aparıcısı, 2018-ci ilin mayından İTV-nin rəhbəri Balakişi Qasımovun (daha çox Balaş Qasımov kimi tanınan) kiçik qardaşıdır.

Son xəbərlər
Digər xəbərlər