27 C
Baku
Saturday, July 27, 2024

“PASHA Holding” ötən il 2.4 mlrd. manat ümumi gəlir əldə edib

“PASHA Holding” MMC 2023-cü ildə 2.4 mlrd. manat ümumi gəlir əldə edib ki, bu da öncəki ili 14 faiz üstələyib.

Banker.az bu barədə holdinqin rəsmi açıqlamasına istinadən xəbər verir.

Bu göstərici 2022-ci ildə 2.1 mlrd. manat idi.

Hesabata əsas, holdinqin cəmi aktivlərinin həcmi 2024-cü ilin 1 yanvarına 20.5 mlrd. manat olmaqla illik 6.2 faiz artıb.

“PASHA Holding”in cəmi kapitalının həcmi isə 2.83 mlrd. manat təşkil edib.

Hesabatda qeyd edilir ki, onun Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı son bir ildə 34.7%-dən 35.2%-ə yüksəlib.

31 dekabr 2023-cü il tarixi üçün qrup üzrə ümumi işçi sayı 20 min nəfəri keçib.

Xatırladaq ki, “PASHA Holding” MMC öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatırır.

Son xəbərlər
Digər xəbərlər