“Müasir iş dünyasında hər şey çox sürətlə dəyişir”.
Bunu “PASHA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov, “PwC Azerbaijan” şirkətinin təşkil etdiyi “Azerbaijan CEO Survey” layihəsinin qonağı olan zaman deyib.
Cəlal Qasımov müştərilərin inamını qazanmaq, resursların düzgün idarə olunması, eləcə də şirkətə təsir edən qlobal amillər barədə bəhs edib.
“Dəyişən texnologiyalar müştərilərdə yeni tələblər yaradır. Bu da öz növbəsində həm təklif edilən xidmət və məhsullarda, həm də əməkdaşların bacarıqlarında öz əksini tapır. Odur ki, şirkətlər əlbəttə ki uzunmüddətli baxış və strategiyalara malik olmalıdırlar. Lakin bu strategiyaları reallaşdırmaq üçün şirkətlər, həyata keçirilən layihə və təşəbbüslərdə mümkün qədər çeviklik nümayiş etdirməyə çalışmalıdırlar” – deyə, Cəlal Qasımov qeyd edib.