8 C
Baku
Sunday, November 17, 2024

“PASHA Holding”də daha bir təyinat

“PASHA Holding” MMC-nin baş icraçı direktorunun müavini və eləcə də Maliyyə Biznes Qrupunun direktoru Fərid Məmmədova yeni vəzifə verilib.

Banker.az şirkətin elanına istinadən xəbər verir ki, F.Məmmədov baş icraçı direktorun müavini və eləcə də ekosistem üzrə baş icraçı direktor vəzifəsinə təyin edilmişdir.

Cari vəzifələri:

“PAŞA Holding” MMC, Direktor Müavini və Biznes Qrupun Rəhbəri;

PAŞA Bank Gürcüstan, Müşahidə Şurasının Sədri;

“PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC Direktorlar Şurasının Sədri;

PAŞA Bank Türkiyə, Direktorlar Şurasının Sədr Müavini;

“Kapital Bank” ASC, Müşahidə Şurasının Üzvü;

“PAŞA İnvestments” MMC, Müşahidə Şurasının Üzvü.

Əvvəlki vəzifələri:

“Kapital Bank” ASC, İdarə Heyəti Sədrinin Birinci Müavini;

“PAŞA Holding” MMC, Risk Departamentinin Direktoru;

PAŞA Bank Azərbaycan, Müşahidə Şurasının Üzvü;

Bank of Baku, Baş İcraçı Direktorun Müavini.

Son xəbərlər
Digər xəbərlər