Azərbaycanda maliyyə, tikinti, turizm, qida və pərakəndə ticarətlə məşğul olan iri holdinqinin işçi sayı böyüyüb.
Banker.az xəbər verir ki, 1 yanvar 2021-ci il tarixinə “PASHA Holding” MMC-nin ümumi işçi sayı 9 500 nəfərdən çox olub.
Bu isə son bir ildə 1 000 nəfərdən çox artım deməkdir.
Ötən ilin müvafiq tarixində 8 500 nəfərdən çox idi.