“PAŞA Holding”in otelçilik sənayesinə yenidən maya yatırıldı. Son 6 ayda 2.6 dəfə nizamnamə kapitalı böyüdülüb.
Banker.az xəbər verir ki, “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 1.5 milyon manat, yaxud 19.1 faiz artırılmaqla 9.35 milyon manata yüksəlib.
Otellər şəbəkəsi 2020-ci ilin avqustunda nizamnamə kapitalını 2 mln. artırmaqla 5.65 mln. manata, həmin ilin sentyabrında isə 2.2 mln manat artırmaqla 7.85 mln. manata qədər artırmışdı.
Bununla belə, onun şəbəkəsinə Azərbaycanın paytaxt və rayonlarında otellər, Türkiyə və Gürcüstandakı bir neçə otel daxildir.







