“PASHA Holding” MMC-nin Baş icraçı direktoruna müavin təyin edilib.
Banker.az xəbər verir ki, Səidə Baxşıyeva Baş icraçı direktorun müavini və baş maliyyə inzibatçısı təyin edilib.
Hazırda holdinqin Baş icraçı direktoru Cəlal Qasımovdur.
Səidə Baxşıyeva 2010-cu ildən “PASHA Holding”ə qoşulub. Bu 16 il müddətində “PASHA Construction” MMC, “Absheron Hotel Group” MMC, “Agro Diary” MMC, “Azərbaycan Supermarket” MMC (Bravo) kimi şirkətlərdə mühüm vəzifələrdə çalışıb.
Xanım Baxşıyeva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iqtisadiyyat üzrə bakalavr, Qafqaz Universitetində isə MBA dərəcəsinə yiyələnib. Bununla belə o, Kornel Univrsitetində turizm üzrə magistr dərəcəsinə yiyələnib.






