22 C
Baku
Friday, September 20, 2024

“PASHA Holding”in şirkətinin kapitalı kəskin artırılıb

“PASHA Holding” MMC-nin daşınmaz əmlakları idarə edən “PAŞA Property Management” MMC-nin (“PASHA Property Management”) nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 manatdan 639 382 manata qaldırılıb.

PPM daşınmaz əmlak obyektləri üzrə birinci dərəcəli kommersiya və yaşayış obyektlərini bazara çıxaran və idarə edən şirkətdir. 2021-ci ildə təsis edilib. Şirkətə 2023-cü ilin üçüncü rübündən etibarən rəhbərliyi sabiq bank sədri Elçin Qədimov edir. Fəaliyyət istiqamətlərinə iş yeri və yaşayış evlərinin icarəsi, yaşayış evlərinin satışı və tədbir yerinin idarə edilməsi daxildir.

pasha property management Pasa
PAŞA Property Management

“PAŞA Property Management”in əmlak portfelinə aşağıdakılar daxildir:

İş yerinin icarəsi:

  • Port Baku Towers I
  • Port Baku Towers II
  • ParkView Ofisləri
  • Crescent Bay

Yaşayış icarəsi:

  • Port Baku Residence
  • Abşeron Mənzilləri (Marriott)
  • Bakı Sarayı
  • ParkView Mənzillər
  • ParkView Residence
  • Bakı Şəhəri Villaları
  • Bilgeh Estate Villas
  • İzmir Villaları

Ev satışı:

  • Knightsbridge Residence
  • Olimpik kəndi

Tədbir yerləri:

  • Bakı Ekspo Mərkəzi
Son xəbərlər
Digər xəbərlər