10 C
Baku
Thursday, December 12, 2024

“PASHA Holding”in şirkətlərindən birinə yeni rəhbər təyin edilib

“PASHA Holding” MMC-nin törəmə IT şirkəti “PAŞA Technology” MMC-nin baş icraçı direktoru dəyişib.

Banker.az xəbər verir ki, Əmir Vəlibəyov Mahmud oğlu şirkətin Baş İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, Ə.M.Vəlibəyov bu vəzifədə Şıxlinskiy Şərif Söhrab oğlunu əvəz edib. Ş.S.Şıxlinskiy isə “PASHA Technology” MMC-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin edilmişdir.

Ə.M.Vəlibəyov “PASHA Technology” MMC-də rəhbər vəzifəyə təyin edilməzdən öncə son 25 il ərzində İT sahəsində müxtəlif rəhbər vəzifələrində çalışmışdır. Eləcə də Ə.M.Vəlibəyov “Azercell Telekom” MMC-də İT Xidmətlərin İdarə Edilməsi və İstismarı istiqamətinin rəhbəri vəzifəsini icra etmiş, “AzInTelecom” MMC-də İT Departamentinin direktoru vəzifəsində çalışmışdır.

“PAŞA Technoloy” MMC – 2018-ci ildə yaradılıb. “PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün IT xidmətləri, “Cloud Computing”, kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsini hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər